Artıq 1114 nəfərin ölümünə səbəb olan koronavirusla bağlı xəbərlər yayan jurnalist Chen Quisidən təxminən dörd gündür ki, xəbər yoxdur.
Hokm.az Moderator.az-a istinadən xəbər verir ki, jurnalistin, “qorxuram, önümdə virus, arxamda isə Çin polisi var”-deməsi gündəm olmuşdu. Ailəsi isə jurnalistin məcburi şəkildə nəzarət altına alındığını iddia edib.
Çində koronavirusla bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdıran Chenin ailəsi onun hökuməti qıcıqlandıran xəbərlər yazdığı üçün nəzarətə götürüldüyünü bildirib. Sosial şəbəkə izləyiciləri isə Çin hökumətinin bu hərəkətini tənqid edib.
Şəhərdən çıxış qadağan olunsa da, Chen yanvarın 24-də Pekindən Vuhana gələrək dəmiryolu vağzalında bunları deyib:
“Jurnalist olduğumu demişdim. Burda olduğum zaman söz-söhbətləri yaymayacağıma söz verirəm. Qorxu və çaxnaşma da yaratmayacam. Mən Vuhanda virusun qarşsını almaq üçün görülən işlərə şahidlik etmək istəyirəm. Vuhan şəhər əhalisinin səsini dünyaya çatdıracam”.
Çində “Twitter” və “YouTube” səhifəsi qadağan edilsə də, Chen müxtəlif yollarla 500 mindən çox izləyicisinə bu xəbərləri çatdıran zaman qoruyucu eynəkdən və maskadan istifadə edib.
Ailəsinə isə Chenin polis nəzarətində olduğu bildirilib.

















