Çində fəlakət: 70 mindən çox insan köməksiz qaldıbackend

Çində fəlakət: 70 mindən çox insan köməksiz qaldı

Çində şiddətli leysan yağışları və güclü daşqın təhlükəsi səbəbindən Hunan əyalətində 70 mindən çox insan fəlakət zonasında köməksiz qalıb.

Bu barədə “Sinxua” xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, yağışlar bölgənin 18 şəhər və mahalında baş verib, burada xilasetmə xidməti tərəfindən artıq 1,8 mindən çox sakin təxliyə olunub.

Yerli meteorologiya xidmətinin açıqlamasına görə, bəzi çaylarda suyun səviyyəsi altı metrə qədər qalxıb.

Əyalət rəhbərliyi vətəndaşlara böyük su hövzələrinin yanında qalmamağı tövsiyə edib.

  •  (0)
  •  (0)