Çinin Yima şəhərində qaz zavodunda partlayış olub.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 12 nəfər dünyasını dəyişib, 13 nəfər ağır yaralanıb. Həmçinin 3 nəfər itkin düşmüş sayılır.
“Sinxua” informasiya agentliyi bildirib ki, partlayış “Henan Coal Gas” kompaniyasının sözügedən zavoddakı havaayırıcı qurğusunda baş verib.
Axtarış-xilasetmə işlərində 270 nəfərə yaxın adam iştirak edir.
Hokm.az
















