Çin peyvəndi Braziliya vətəndaşını öldürdübackend

Çin peyvəndi Braziliya vətəndaşını öldürdü

Milli Sanitar Təftiş Agentliyi (“Anvisa”) braziliyalı xəstənin ölümü səbəbilə Çin şirkəti “Sinovac Biotech” tərəfindən hazırlanan “Coronavac” koronavirus peyvəndinin sınaqlarını dayandırıb.

Hokm.az Publika.az-a istinadən xəbər verir ki, Butantan İnstitutunun rəhbəri Dimas Kovas məsələ barədə açıqlama verib.

“Ölümlə əlaqədar “Anvisa”ya məlumat verdik, amma bu əks effektlə bağlı deyildi. Bu qərardan təəccüblənmişik, çünki bu ölüm peyvəndlə əlaqəli deyil” – Kovas “TV Cultura”nın efirində deyib.

Beləliklə, “Anvisa” nümayəndələri peyvənd sınaqlarının ciddi əks təsirlərə görə dayandırıldığı iddialarını rədd edib. Kovasa görə, “Coronavac” peyvəndinin 95% təsirli olduğu sübut edilib, lakin xəstələrin 35%-də yüngül dərəcədə mənfi təsirləri qeydə alınıb.

Məlumat üçün bildirək ki, Braziliyada ingilis “AstraZeneca” şirkətinin peyvənd sınaqlarında iştirak edən könüllülərdən birinin öldüyü bildirilib.

  •  (0)
  •  (0)