Ceyranbatandan keçən su kəmərində qəza baş veribbackend

Ceyranbatandan keçən su kəmərində qəza baş verib

Abşeron rayonunun Ceyranbatan qəsəbəsindən keçən, diametri 1 200 mm olan su kəmərində qəza baş verib.

Qəza nəticəsində Ceyranbatan və Saray, Sumqayıt şəhərinin Corat qəsəbələrinə, Bağlar yaşayış massivinə içməli suyun verilməsində fasilə yaranıb.

Məsələ ilə bağlı “Azərsu” ASC-dən “Report”a bildirilib ki, hazırda qəzanın nəticələri aradan qaldırılır: “İçməli suyun verilməsində fasilə işlər yekunlaşana qədər davam edəcək”. (report)

Hokm.az

  •  (0)
  •  (0)