Ceyhun Bayramovun qəbulu zamanı divarda asılan xəritəmiz dünyaya mesaj verdi – FOTObackend

Ceyhun Bayramovun qəbulu zamanı divarda asılan xəritəmiz dünyaya mesaj verdi – FOTO

Məlum olduğu kimi, xarici işlər naziri Ceyhun Bayramov Türkiyə parlamentinin spikerini qəbul edib.

Hokm.az xəbər verir ki, görüş otağında Azərbaycanın divardakı möhtəşəm xəritəsi diqqətləri cəlb edib. Belə ki, xəritədə Zəngəzur Azərbaycanın tərkib hissəsi kimi göstərilib.

Bununla bağlı politoloq Zaur Məmmədovun Facebook səhifəsindəki fikirləri də diqqətçəkən olub. “Hücum diplomatiyası. Əgər kimlərsə Qarabağla bağlı yenə çaşarsa, ordumuzu artıq indiki Ermənistan, 100 il əvvəl qeyri-qanuni şəkildə bizdən qoparılan torpaqlarda görəcəklər”, – deyə o paylaşım edib. Propress

  •  (37)
  •  (7)