Ceyhun Bayramovla Lavrovun görüşü baş tutdu – FOTOLARbackend

Ceyhun Bayramovla Lavrovun görüşü baş tutdu – FOTOLAR

Bu gün Minsk şəhərində keçirilən MDB Xarici İşlər nazirləri Şurasının iclasında iştirakı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb.
Bu barədə Hokm.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Nazirlər Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq gündəliyinin bir sıra məsələlərini, o cümlədən gələn il iki ölkə arasında diplomatik əlaqələrin təsis olunmasının 30-cu ildönümü çərçivəsində keçiriləcək tədbirləri geniş müzakirələr ediblər.
Tərəflər, həmçinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın tam icrası və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
  •  (1)
  •  (0)