Ceyhun Bayramov: “Ermənistanla danışıqların birinci mərhələsinə hazırıq”backend

Ceyhun Bayramov: “Ermənistanla danışıqların birinci mərhələsinə hazırıq”

“Azərbaycan Ermənistanla danışıqların birinci mərhələsinə başlamağa hazırdır”.

Hokm.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində keçirilən “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans iştirakçıları ilə görüşdə bildirib.

“Müsbət nəticəyə ümidvarıq. İndiki və bir il əvvəlki ab-havanı müqayisə etsək, müsbət dəyişikliklər görürük”, – deyən nazir qeyd edib ki, Ermənistan tərəfi heç də həmişə mövqeyində sabit deyil:

“Müəyyən müsbət addım görürük, sonra nəsə baş verir və geri addım atırlar”.“Report”

  •  (0)
  •  (0)