Ceyhun Bayramov: “Azad edilmiş torpaqlardakı dağıntıları sözlə təsvir etmək olmur”backend

Ceyhun Bayramov: “Azad edilmiş torpaqlardakı dağıntıları sözlə təsvir etmək olmur”

“Azərbaycanın azad edilmiş ərazilərində törədilən dağıntıları sözlə ifadə etmək çox çətindir. Vaxtilə on minlərlə azərbaycanlı əhalinin yaşadığı yerlər bu gün kabus şəhərə çevrilib”.

Hokm.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov “İsrael Hayom” nəşrinə müsahibəsində bildirib.

“Mədəniyyət abidələrinin, dini tikililərinin az qala hamısı, xəstəxanalar, məktəblər, yaşayış evləri talan edilib, sonra da yerlə yeksan edilib… Azad edilmiş bütün ərazilər minalarla, partlamamış sursatlarla doludur. Ətraf mühitə də böyük ziyan vurulub. Meşələrin 20 faizinə qədəri qəsdən məhv edilib”, – nazir deyib.

O söyləyib ki, Azərbaycan bu əraziləri bərpa etmək, yenidən qurmaq əzmindədir: “Azad edilmiş bölgələrə dinc həyat tam şəkildə qaytarılacaq”.Report

  •  (0)
  •  (0)