Xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurası Nazirlər Komitəsinin Turində keçirilən 132-ci iclasında iştirak edir.
Bu barədə Hokm.az-a XİN-dən məlumat verilib.
İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Naziri Luici Di Mayonun sədrliyi ilə keçiriləcək sessiya Baş katib Mariya Peyçinoviç Buriçin illik hesabatı əsasında nazirlərə insan haqları, demokratiya və qanunun aliliyinin vəziyyətini nəzərdən keçirmək imkanı verəcək. Onlar həmçinin Avropadakı münaqişələrin və böhranların həllində təşkilatın rolunu və Avropa İttifaqı ilə əməkdaşlığını müzakirə edəcəklər. İclasının sonunda İtaliya Nazirlər Komitəsinə sədrliyi İrlandiyaya təhvil verəcək. İrlandiyanın xarici işlər naziri Saymon Koveni ölkəsinin prezidentliyinin prioritetlərini təqdim edəcək.