Ceyhun Bayramov ABŞ səfiri ilə görüşdübackend

Ceyhun Bayramov ABŞ səfiri ilə görüşdü

Azərbaycan Respublikasının Xarici işlər nazir Ceyhun Bayramovun Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Örl Litzenberqer ilə görüşü keçirilib.

Bu barədə Hokm.az-a Azərbaycan XİN-nin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Tərəflər, ikitərəfli əməkdaşlıq gündəliyi üzrə ətraflı fikir mübadiləsi apararaq, Azərbaycan-ABŞ münasibətlərinin daha da irəlilədilməsi məsələsini müzakirə ediblər.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

  •  (0)
  •  (0)