Çexiyalı milyarder helikopter qəzasında ölübbackend

Çexiyalı milyarder helikopter qəzasında ölüb

Çexiyanın ən varlı adamı Petr Kelner Alyaska ştatındakı Byutt şəhəri yaxınlığında helikopterin qəzaya uğraması nəticəsində ölənlər arasında olub, bu barədə “Reuters” onun rəhbərlik etdiyi PPF şirkətinə istinad edərək məlumat verib.

“Associated Press” agentliyi “Eurocopter AS50” helikopterinin qəzaya uğraması nəticəsində azı beş nəfərin öldüyünü bildirmişdi.

Qəzanın səbəbləri hələ müəyyənləşdirilməyib. ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası araşdırma aparır.

“Forbes” 56 yaşlı Petr Kelnerin sərvətini 17,5 milyard ABŞ dolları həcmində qiymətləndirir.

  •  (0)
  •  (0)