Çexiyada koronavirusa yoluxma artdı, Səhiyyə naziri istefa verdibackend

Çexiyada koronavirusa yoluxma artdı, Səhiyyə naziri istefa verdi

Çexiyanın Səhiyyə naziri Adam Voytex ölkədə koronavirusa yoluxma sayının kəskin artması fonunda istefa verib.

Hokm.az Trend-ə istinadən xəbər verir ki, bu barədə nazir özü açıqlama verib.

O, istefa ərizəsini Baş nazir Andrey Babişə təqdim etdiyini bildirib.

Qeyd edək ki, Çexiyada son günlərdə gündəlik 2 minə yaxın yoluxma qeydə alınır.

Bu günədək ölkədə koronavirusa yoluxanların sayı 49 290 nəfərə çatıb, 503 nəfər həyatını itirib.

  •  (0)
  •  (0)