İranda koronavirus təhlükəsi çox ciddi xarakter alıb.
Təsəvvür edin, ölkənin hətta səhiyyə nazirinin müavini də virusa yoluxub.
Hokm.az Bizimyol.info-ya istinadən xəbər verir ki, bir neçə dəqiqə əvvəl İranda yenə koronavirus üzündən itki olub. İranda yaşayan cənubi azərbaycanlılardan biri həyatını itirib. 25 yaşlı tibb bacısı Nərgiz Xan Lahicanda işlədiyi xəstəxanada koronavirusa yoluxandan sonra dünyasını dəyişib.

















