Cenevrədə Qarabağ məsələsi MÜZAKİRƏ EDİLİR – SON DƏQİQƏbackend

Cenevrədə Qarabağ məsələsi MÜZAKİRƏ EDİLİR – SON DƏQİQƏ

ATƏT-in Minsk Qrupu həmsədrləri və Azərbaycan nümayəndəsinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar aparılır.

Hokm.az “Ölkə.Az”a istinadən xəbər verir ki, Cenevrədə baş verən görüş haqda məlumatı Fransanın BMT-nin Cenevrə ofisi yanında Daimi nümayəndəliyi yayıb.

Görüş qapalı formada keçirilir. Danışıqlarda Minsk Qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrləri iştirak edirlər.

Qeyd edə ki, Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov hazırda Cenevrədə səfərdədir.

  •  (0)
  •  (0)