“Cənab prezidentin çıxışı çox zərgərcəsinə bir çıxış oldu” – Telman Qasımovbackend

“Cənab prezidentin çıxışı çox zərgərcəsinə bir çıxış oldu” – Telman Qasımov

“Onlar gözləyirdilər ki, ATƏT-in Minsk qrupu yenidən  gəlib məsələyə qarışsın, lakin bu arzu onların ürəklərində qaldı. Azərbaycan əks-hücum edərək, öz gücünü göstərdi və qələbə əldə etdi”

Olaylar.az-a Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabr 23-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində çıxışı ilə əlaqədar fikirlərini bildirən siyasi ekspert Telman Qasımov  bildirib ki,  bu  çox möhtəşəm  çıxış oldu.

Bütövlükdə Azərbaycan həm müharibədən öncə, həm də müharibədən sonrakı bütün siyasi xəritəsini xalça üzərində olan  bəzəklər kimi çox gözəl açıqladı və dünya içtimaiyyətinə çox gözəl şəkildə çatdıra bildi. Olduqca maraqlı və maarifləndirici bir çıxış oldu. Çünki Azərbaycanda baş verən siyasi, iqtisadi məslələrdən ta Ermənistanın münaqişəsindən, terrorizminə qədər fikirlər söylədi. Xüsusən də Azərbaycanın yeraltı-yerüstü enerjilərinin əldə olunması, beynəlxalq və dünya bazarlarına çıxarılma məsələlərindən başlamış ta xırdalıqlara qədər  məsələlərə toxundu:

“Burada ən vacib məsələ  Ermənistaının  Azərbaycana qarşı törətdiyi 30 illik işğalçılıq siyasəti idi.Ermənistanın işğalçılığı nəticəsində  işğal olunmuş ərazilərin  təbiətinə və florasına böyük ziyan  vurulub, oradakı yeraltı-yerüstü sərvətlər və qeyri-qanuni olaraq Azərbaycanın milli sərvətləri istismar olunub,  bu isə  çox böyük problemlər yaradıb. Prezident çox doğru söylədi ki, qış aylarında gələn suyun qarşısını alır, Azərbaycana çox böyük ziyanlar vururdu. Xüsusən də   Aran və Qarabağ rayonlarında  təxribatlar törədirdilər. Həmçinin 44 günlük müharibə barəsində ətraflı şəkildə çıxış edən ölkə başçımız bildirdi ki, ondan öncə, Paşinyanın “Qarabağ Ermənistandır” deməsi onu göstərdi ki, Ermənistan Qarabağın qaytarılma məsələsinə heç də razı deyil, əksinə  “müharibə başlayarsa, gəlib Kürdə  oturacayıq”- deyə Müdafiə naziri fikirlər səsləndirirdi. Onlar gözləyirdilər ki, ATƏT-in Minsk qrupu yenidən  gəlib məsələyə qarışsın, lakin bu arzu onların ürəklərində qaldı. Azərbaycan əks-hücum edərək, öz gücünü göstərdi və qələbə əldə etdi. Cənab Prezidentin bu çıxışı çox müsbət qarşılandı və hətta Erəministanda əks-səda verdi, onlar  çıxışlara qarşı ənənəvi olaraq ironiya ilə yanaşdılar. Onlar guya deyirdilər ki, Azərbaycan öz ölkəsinə düzgün məlumat verməyərək, Qarabağı öz müqəddəratı kimi təyin edib. Emənilər bilməlidir ki, onlar üçün bir dövlət var, ikinci dövləti özgə bir dövlətin ərazisində yaratmaq  absürd məsələdir. Axı necə ola bilər iki xalq  həmsərhəd bölgələrində yaşadıqları bir vaxtda onların bir müstəqil dövlətləri var və müstəqil dövlətin ərazisində ikinci bir müstəqil dövlət yaratmaq istəyirlər. Bu dünya praktikasında olmayan bir məsələdir. Xarici təşkilatlar və qeyri- hökümət təşkilatları  bunu dünya arenasına çatdırmalıdır. Çünki dünya bu tarixi o qədər də yaxşı bilmir. Hansı ki, Azərbaycanı gözdən salmaq üçün aksiyalar, kompaniyalar aparırlar. Cənab prezidentin bu çıxışı çox incəliklə, çox zərgərcəsinə bir çıxış oldu. Son zamanlar ermənilərin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana qarşı təxribat xarakterli tədbirləri, müraciətləri, çıxışları yenidən başlayıb. Avropaya yene o qapıya, bu qapıya qaçıb dilənməyə başlayıblar. Ağlaşma quraraq dünyaya saxta məlumatlar vermək çabaları göstərirlər. Biz bu gün arxayınlaşıb sevinməli deyilik ki, bu gün artıq hər şey  yerindədir, hər şey bitib. Heç nə bitməyib. Sadəcə müharibənin qaynar fazası bitib. Müharibədən sonra olan proseslər var ki, ictimaiyyətdi, mediadı, bunlar gərək aktiv şəkildə işləyib dünyaya həqiqətləri çatdıra bilsinlər.Çünki düşmən yatmır, düşmən ayıqdır və gecə-gündüz çalışır. Bu səfər dünyada Azərbaycanı gözdən salmaq üçün , əsil həqiqətlərə əks məlumat vermək və Azərbaycanı işğalçı bir dövlət kimi dünyaya  tanıtmağa çalışırlar. Burada bir nömrəli məsələ Azərbaycan mediası və ictimaiyyətidir ki, bu məsələlər də aktivləşməlidirlər. Qaynar faza bitsə də bizim təbliğat hücumumuz dayanmamalıdır. Gecə-gündüz , yorulmadan çalışmalıyıq. Cənab Prezidentin çıxışlarına gəlincə isə, o, lazım olan bəndlərə və lazım olan fikirlərin hər birini söylədi. Hətta deyərdim ki,  xarici  medianı yenidən düşünməyə vadar edəcək fikirlər söylədi. Qeyd edim ki,  qarşıdan gələn  27 sentyabrı zəfərimizin ilk günü kimi və Milli ANım günü kimi qeyd edəcəyik. Ermənistanda da bu gün qara bayram kimi qeyd olunacaqdır”

  •  (0)
  •  (0)