Cənab Prezidentin 60 illik yubileyi münasibətilə “Kristal Abşeron” tərəfindən ağacəkmə aksiyası həyata keçirilibbackend

Cənab Prezidentin 60 illik yubileyi münasibətilə “Kristal Abşeron” tərəfindən ağacəkmə aksiyası həyata keçirilib

24 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər ordumuzun Ali Baş Komandanı İlham Əliyevin 60 illik yubileyi münasibətilə Şamaxı şəhərində ağacəkmə aksiyası həyata keçirilib.

“Kristal Abşeron”un təşkilatçılığı ilə təşkil olunmuş aksiya çərçivəsində şəhərin relyefi nəzərə alınmaqla, ümumilikdə, 2060 ədəd müxtəlif cinsli ağac əkilib.

“Kristal Abşeron” bu cür ekoloji aksiyaların mütəmadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini daim diqqət mərkəzində saxlamağı prioritet məqsədlərdən biri hesab edir və bu sahədə şirkət tərəfindən bugünədək onlarla aksiya həyata keçirilib.

  •  (1)
  •  (2)