Çempionlar Liqasının final matçının hakimləri açıqlandıbackend

Çempionlar Liqasının final matçının hakimləri açıqlandı

UEFA Çempionlar Liqasında final matçının hakimləri açıqlanıb. 

İngiltərənin “Liverpul” və “Tottenhem” komandaları arasındakı həlledici görüş Sloveniyadan olan hakimlər briqadasına həvalə olunub. Baş hakim Damir Skominaya yan xətt hakimləri Yure Praprotnik və Robert Vukan köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə ispaniyalı Mateu Laos yerinə yetirəcək.

Əsas Video-Köməkçi Hakim (VAR) hollandiyalı Danni Makkeli, onun köməkçiləri həmyerlisi Pol van Bukel və almaniyalı Feliks Tsvayer olacaq. VAR-da oyundan kənar vəziyyətə isə almaniyalı Mark Borş baxacaq.

Qeyd edək ki, Çempionlar Liqasının finalı iyunun 1-də İspaniyanın paytaxtı Madriddəki Vanda Metropolitano stadionunda olacaq. (report)

Hokm.az

  •  (0)
  •  (0)