Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlandıbackend

Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlandı

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu açıqlanıb. 

Bu ada İngiltərə “Tottenhem”inin oyunçusu Lukas Moura layiq görülüb. O, Hollandiyada “Ayaks”ı 3:2 (ilk oyun – 0:1 ) hesabı ilə məğlub etdikləri yarımfinal mərhələsinin cavab görüşündə “het-trik” edib.

Qeyd edək ki, “Tottenhem” Çempionlar Liqasının finalında İngiltərənin digər təmsilçisi “Liverpul”la üz-üzə gələcək.

Hökm.az

  •  (0)
  •  (0)