Avropa Liqasının Bakıda keçirilən final oyunu start götürüb.
“Qafqazinfo” xəbər verir ki, ilk dəfə Bakıda təşkil edilən həlledici matçda İngiltərə nəhəngləri – “Çelsi” və “Arsenal” üz-üzə gəlir.
Oyunu italiyalı referi Canluka Rokki idarə edir. Avropa Liqası tarixində ilk dəfə bu oyunda videonəzarət (VAR) sistemindən istifadə olunacaq. Bundan başqa, bu turnirdə ilk dəfə olaraq komandalar dördüncü əvəzləmədən istifadə edə biləcəklər. Əgər matçın əsas vaxtında qalib müəyyənləşməzsə və əlavə vaxt təyin olunarsa komandalar dördüncü əvəzetmədən istifadə edəcəklər.
Xatırladaq ki, “Arsenal” bu oyunda qalib gələcəyi təqdirdə tarixində ilk dəfə UEFA Avropa Liqasının kubokuna sahib olacaq. “Çelsi” isə 2012-2013-cü il mövsümündə UEFA Avropa Liqasının qalibi adını qazanıb.




Hokm.az
















