Cəlilabadın sabiq icra başçısının həbs müddəti uzadıldıbackend

Cəlilabadın sabiq icra başçısının həbs müddəti uzadıldı

Səbail rayon Məhkəməsində Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Hokm.az Trend-ə istinadən xəbər verir ki, prosesdə təqdimat təmin edilib və məhkəmə qərarı elan edilib. Qərara əsasən, N. Zeynalovun həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.

Xatırladaq ki, Dövlət Təhülkəsizliyi Xidmətinin Cəlilabad rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı icra başçısı N. Zeynalov saxlanılıb. O Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

  •  (0)
  •  (0)