Cəlilabadda “Mercedes” aşdı – Ölən və yaralananlar varbackend

Cəlilabadda “Mercedes” aşdı – Ölən və yaralananlar var

Cəlilabad rayonunda avtomobil aşıb, ölən və yaralananlar var.

Bu barədə Hokm.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 26-sı saat 1 radələrində rayonun Təzəkənd kəndi ərazisində rayon sakini V.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sərnişini Ümid Əliyev hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

  •  (0)
  •  (1)