Cəlal İsayev: “Çimərliklərin açılması təhlükəlidir”- VİDEObackend

Cəlal İsayev: “Çimərliklərin açılması təhlükəlidir”- VİDEO

Operativ Qərargahın sonuncu iclasında avqust ayının 5-dən ölkədə sərt karantin rejiminin müəyyən qədər yumşaldılması barədə bəzi fikirlər irəli sürüldü. Amma yumşalmadan sonra bütün sahələrdə fəaliyyəti gözüyumulu bərpa etsək, bu təhlükəli ola bilər. Yoluxma daha da arta bilər. Respublikanın baş infeksionisti Cəlal İsayev Baku.tv-yə müsahibəsində qeyd edib ki, sərt karantin rejimindən sonra istənilən nəticə əldə edilməsə də, virusa yoluxma sayında əvvəlki dövrlə müqayisədə azalma var. Bu sevindirici haldır. Karantin rejiminin yumşaldılmasına gəldikdə isə …

“Ayın 5-də yumşaldılma məsələsi bu ola bilər gedilməsin, ola bilər də gedilsin Bu nəticələrin sabitləşməsindən və alınan nəticələrin təhlilindən sonra bəlli olacağ. 5:56 Çimərlikdə də risk var mall.lar da risk var, ictimai nəqliyyyatda da var metrolarda da var. Biz hamımıs istəyirik ki, sərbəst dolaşa bilək. İstirahət edə bilək, çimərliyə gedə bilək. Bu daha çox bizim özümüzdən asılıdır.” Bunu Baş İnfeksionist Cəlal İsayev Baku.Tv-yə açıqlamasında bildirib.

Düzdür, bu haqda dəqiq qərar verilməyib. Bunun üçün Növbəti ayın 5-i gözləmək qalır və belə bir gözləntinin olması insanları xeyli sevindirib. Yayın bitməsinə az qaldığı üçün Onlar ən çox da çimərliklərin açılmasını gözləyir.

Elə Çimərliklərin açılmasından söz düşmüşkən, baş infeksionist çimərliklərin də fəaliyyətinin bir qədər təhlükəli olduğunu söyləyir. Onun sözlərinə görə, hansı məkanlarda ki, kütləvi axın olur, sosial məsafənin qorunması çətindir, belə yerlərin fəaliyyətinə icazədən əvvəl mexanizm işlənib hazırlanmalıdır. Elə Bununla bağlı aidiyyatı qurumlar tərəfindən müəyyən tədbirlər planı hazırlanıb.

“Bakı şəhər icra hakimiyyəti və FHN çimərliklərin açılması barədə tədbirlər planı hazırlayıblar, hətta Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 6 ya 7 çimərliyin istifadəyə verilməsi nəzərdə tutulub. Burda müəyyən qaydalar nəzərdə tutulmuşdu amma o da yenə bizim məlumatlarımızın nəticəsindən asılıdır.”

Virusun peyvəndi tapılanadək təhlükə bizimlədir. Ona görə də, qaydalara əməl etməklə, onunla mübarizə aparmaqla virusun var olduğunu unutmayıb, gigiyena qaydalarına riayət etməklə yaşamağı öyrənməliyik. Ta ki bu bəla tam məhv olana qədər…

Baku TV-nin mövzu ilə bağlı reportajını təqdim edirik:

 

  •  (2)
  •  (1)