“Çəkdiyim videoya görə polis məndən 500 manat istəyib telefonumu aldı” – YENİLƏNDİbackend

“Çəkdiyim videoya görə polis məndən 500 manat istəyib telefonumu aldı” – YENİLƏNDİ

Elyar Mehdiyevin telefonu artıq özünə qaytarılıb.O, anews.az-a açıqlamasında qeyd edib ki, indi ona Yevlax Rayon Polis şöbəsindən zəng gəlib və telefonunun götürülməsi bildirilib.
——————-
Bir müddət öncə Yevlax rayon xəstəxanasında pasiyentlərin həkim otağına tualetdən keçərək daxil olmasını videoya çəkən şəxs ona polis tərəfindən təzyiq edildiyini iddia edir.
Həmin videonu çəkən şəxs Elyar Mehdiyev anews.az-a açıqlama verərək bildirib ki, 3 gündür onu telefonu alınaraq Yevlax rayon polis şöbəsində saxlanılır.
“Mən heç bir qanun pozuntusu etməməmişəm. Yevlax rayon polis şöbəsinin müavini Əfqan Qurbanov mənə bildirdi ki, həkimdən üzr istəməliyəm. Həmin videonu çəkdiyim üçün qanunu pozduğumu və buna görə ya 2 ay həbs çəkməli, ya da 500 manat pul ödəməyimi istədilər. 500 manatdan 200 manata daha sonra isə 100 manata razılaşdılar. Telefonum 3 gündür polis şöbəsindədir, qaytarmırlar. Mən heç bir qanun pozmamışam nə üçün pul və ya cəza çəkməliyəm? Əlavə onu da deyim ki, videosunu çəkdiyim xəstəxana artıq təmir olunub”, deyə Elyar Mehdiyev qeyd etdi.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, telefona hər hansı müdaxilə olunmayıb, telefon saxlanc yerindədir. Həmin şəxsə bu barədə məlumat verilib və istənilən zaman Yevlax RPŞ-yə yaxınlaşaraq telefonu gotürə bilər.
  •  (0)
  •  (0)