Cəbrayıldan yeni görüntülər: Dağıntı, vəhşilik, geri dönməyəcəklərinə əminlik… – VİDEObackend

Cəbrayıldan yeni görüntülər: Dağıntı, vəhşilik, geri dönməyəcəklərinə əminlik… – VİDEO

Xəbər verdiyimiz kimi, rəşadətli Azərbaycan ordusu keçirdiyi əks-həmlə əməliyyatı ilə bir sıra əraziləri işğaldan azad edib.

Hokm.az xəbər verir ki, baku TV uzun illər sürən düşmən tapdağından sonra Cəbrayılda çəkilmiş görüntüləri yayımlayıb.

Ermənistanın qanunsuz yerləşdirməsinin bariz nümunəsi olan kadrlardan aydın olur ki, buraya mülki sakinlər köçürülüb.

Lakin Azərbaycan ordusunun qalib gələcəyindən şübhə duymayan düşmən ölkənin vətəndaşları əməliyyatlar zamanı buranı tərk ediblər.

Görüntülərdən o da bəlli olur ki, onlar buraya geri dönə bilməyəcəklərindən əmin olublar. Elə ona görə də öz vəhşi, barbar xislətlərini ortaya qoyaraq, hər şeyi dağıdıblar.

  •  (1)
  •  (2)