Çavuşoğlu: “Yunanıstanla anlaşmadığımız bir çox məsələ var”backend

Çavuşoğlu: “Yunanıstanla anlaşmadığımız bir çox məsələ var”

“Egey dənizində Yunanıstanla anlaşmadığımız bir çox məsələ var”.

Hokm.az “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qazaxıstan baş nazirinin müavini və xarici işlər naziri Tileuberdi ilə martın 17-də keçirdiyi birgə mətbuat konfransında bildirib.

“Afinada keçirdiyimiz görüşdə bu məsələlər müzakirə olundu. Ona görə də bir görüşdə, təbii ki, bir toplantıda bütün problemlərin həll ediləcəyini gözləmək mümkün deyil”, – M.Çavuşoğlu deyib.

O, aprelin 14-də Yunanıstanın xarici işlər naziri Nikol Dendiasın Türkiyəyə səfər edəcəyini və XİN başçıları səviyyəsində bu məsələləri yenidən müzakirə edəcəklərini vurğulayıb.

  •  (0)
  •  (0)