Çavuşoğlu Rusiyanın Türkiyəyə uçuşları dayandırmasından danışdıbackend

Çavuşoğlu Rusiyanın Türkiyəyə uçuşları dayandırmasından danışdı

“Rusiyanın Türkiyəyə uçuşları məhdudlaşdırması ilə bağlı qərarın arxasında siyasi səbəb görmürəm”.

Hokm.az publika.az-a istinadən  xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Türkiyə ilə uçuşları məhdudlaşdırması qərarına münasibət bildirərkən deyib.

“İstər-istəməz bunun mənfi təsirləri olacaq. Uçuşların bərpası istiqamətində fəaliyyət göstəririk. Qərarın arxasında siyasi səbəb görmürəm”, – o vurğulayıb.

 

XİN başçısı hesab edir ki, Rusiyanın qərarı tamamilə insanların sağlamlığının qorunması ilə bağlıdır: “Almaniya ilə ötən il bu istiqamətdə etdiyimiz əməkdaşlığı Rusiya ilə də görmək istədiyimizi onlara çatdırdıq. Bu çərçivədə Rusiyadan nümayəndə heyəti gəlib, Türkiyədə koronavirusa qarşı mübarizə tədbirlərini yerində araşdıracaq”, –

Qeyd edək ki, Rusiya COVID-19-un yayılması ilə mübarizə çərçivəsində aprelin 15-dən iyunun 1-dək Türkiyəyə uçuşların məhdudlaşdırılması barədə qərar qəbul edib.

  •  (0)
  •  (1)