Çavuşoğlu Azərbaycanın DƏSTƏYİNDƏN DANIŞDI: Ehtiyacımız olan qrup və texnika göndərdibackend

Çavuşoğlu Azərbaycanın DƏSTƏYİNDƏN DANIŞDI: Ehtiyacımız olan qrup və texnika göndərdi

“Bəzi dost, qardaş ölkələr və özəl şirkətlər Türkiyədə yanğınların söndürülməsi və meşələrin mühafizəsində ilk başdan öz dəstəklərini əsirgəmədilər. Sağ olsun, Azərbaycan ehtiyacımız olan həm qrup, həm də texnika göndərdi”.

Hokm.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyadakı yanğınlarla əlaqədar məlumat verərəkən bildirib.

Nazir deyib ki, yanğınla mübarizədə xarici ölkələrlə, eləcə də özəl şirkətlərlə müvafiq əlaqələr yaradılıb və bu əlaqələr davam edir: “Bu gün ölkəyə daxil olan helikopterlərlə bərabər, üç su tankeri də gətiriləcək”.

Nazir bu fəlakətdən siyasi divident qazanmaq istəyənlərin ölkənin daxilində və xaricində təxribatlara yol verdiyini vurğulayıb.

  •  (0)
  •  (0)