Cavid Qurbanovun yüksək vəzifədə olan yaxın qohumları – SİYAHIbackend

Cavid Qurbanovun yüksək vəzifədə olan yaxın qohumları – SİYAHI

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun vəzifədə işləyən ailə üzvləri və yaxın qohumları ilə bağlı Demokrat.az-a sensasiyalı məlumat daxil olub. 

Məlumatda Cavid Qurbanovun ailə üzvləri və yaxın qohumlarının siyahısı yer alıb.

Sözügedən siyahını təqdim edirik:

“Azercon Group Limited” şirkətlər qrupunun təsisçisi Qəmbər Qurbanov – Cavid Qurbanovun atası,

“Baghlan Groupe” şirkətlər qrupunun təsisçisi Şəmşir Şəmşirli – Cavid Qurbanovun oğlu,

Abşeron rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli – Cavid Qurbanovun qardaşı,

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev – Cavid Qurbanovun əmisi nəvəsi,

Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinin prokuroru Nicat Şəmşirov – Cavid Qurbanovun yaxın qohumu

Nəqliyyatda Baş Polis İdarəsində yüksək vəzifədə çalışan Əkbər Şəmşirli – Cavid Qurbanovun qardaşı oğlu,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin sabiq rəisi İlqar Qurbanov  – Cavid Qurbanovun qardaşı,

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti sədrinin köməkçisi Həbib Misirov – Cavid Qurbanovun qohumu və ən yaxın adamı,

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin həkim-sanitar xidmətinin rəisi Adil Şükürov – Cavid Qurbanovun yaxın qohumu,

“KDY logistics” şirkətinin Direktorlar Şurasının sədri Qalib Məmmədov – Cavid Qurbanovun ən yaxın adamlarından biri hesab olunur,

Vəsilə Abdulova – Cavid Qurbanovun himayəsində olan “TOPAZ”- qumar biznesinə rəhbərlik edir.

Sumqayıt şəhər Məşğulluq İdarəsinin rəsmisi Nahid Şəmşirov – Cavid Qurbanovun əmisi oğlu.

Qeyd edək ki, 2020-ci ilin fevralında keçirilmiş parlemanet seçkilərində bir neçə şəxs Cavid Qurbanovun təqdimatı ilə deputat mandatı qazanıb. Onların arasında Aqil Məmmədov və Jalə Əliyeva da yer alır.

  •  (1)
  •  (1)