Cavid Qurbanov: “Tək qalmışam, susasıyam, ay ata…”backend

Cavid Qurbanov: “Tək qalmışam, susasıyam, ay ata…”

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bu günlərdə həyatdan köçmüş atası – Aşıq Şəmşir Mədəniyyət Ocağının sədri, Azərbaycan Ağsaqqallar Şurası Məclisinin üzvü Qənbər Qurbanovun xatirəsinə şeir həsr edib. 

C.Qurbanovun “Ay ata” adlı həmin şeirini təqdim edirik:

Sən olanda arxalı bir dağ idim,

Qaldım sənsiz, atasızam, ay ata.

İndən belə sənsizliyin dadını,

Səhər-axşam dadasıyam, ay ata.

Biz dost idik, ata oğul ikimiz,

El yüküydü, ağır idi yükümüz,

Cüt olanda gur çıxardı səsimiz,

Tək qalmışam, susasıyam, ay ata.

Ataların yaşı olmur övladçün,

Atasından qanad alar həyatçün.

Çətin olsa məsləhətçün, imdadçün,

Baş daşından tutasıyam, ay ata.

Yaşadacam gözlərinin nurunu,

Qoruyacam ocağının qorunu.

Bu həyatda sən qoyduğun yolunu,

Ömür yolum biləsiyəm, ay ata.

  •  (1)
  •  (0)