Cavid Qurbanov “hər yerindən duran SV-yə bilet alır” deyən müavinini cəzalandırdıbackend

Cavid Qurbanov “hər yerindən duran SV-yə bilet alır” deyən müavinini cəzalandırdı

“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirov SV vaqonlarda qiymət artımının zəruri olduğu, “hər yerindən duranın SV-yə bilet alması” na görə qiymətlərin 10 faiz artırılması ilə bağlı mediaya verdiyi açıqlama cəmiyyətdə narazılığa və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Hokm.az xəbər verir ki, Moderator.az-ın əldə etdiyi məlumata görə, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi məsuliyyətsiz bəyanatına görə artıq M.Şıxəmirovu cəzalandırıb.

Belə ki, M.Şıxəmirova axırıncı xəbərdarlıq edilməklə şiddətli töhmət verilib.

  •  (0)
  •  (0)

!Smartbee

!Smartbee