“Cavab verəcəyik!” – İrandan Ermənistana sonuncu XƏBƏRDARLIQbackend

“Cavab verəcəyik!” – İrandan Ermənistana sonuncu XƏBƏRDARLIQ

İran Ermənistan yenidən xəbərdarlıq edib.

Hokm.az konkret.az-a istinadən xəbər verir ki, bu barədə İran XİN-nin mətbuat katibi Səid Xətibzadə məlumat verib.

Xətibzadə bildirib ki, Qarabağda gedən döyüşlər zamanı ölkə ərazisinə mərmilər düşüb və bununla bağlı münaqişə tərəflərinə xəbərdarlıq edilib:

“Vətəndaşlarımızın təhlükəsizliyi bizim üçün qırmızı xətdir. Ordumuz lazımlı xəbərdarlıqları edərək qarşı tərəfin izahatını dinləyib. Biz İran ərazisinə istənilən, o cümlədən səhv nəticəsində edilən hücuma cavab verəcəyik”.

Xatırladaq ki, Ermənistan artilleriyası Araz çayı boyu gedən döyüşlər zamanı İran ərazisini də bir neçə dəfə atəşə tutub.

Qeyd edək ki, İran Hava Hücumundan Müdafiə Qüvvələri İranın sərhədlərini pozan Ermənistana məxsus Pilotsuz Uçuş Aparatını məhv edib.

  •  (2)
  •  (0)