Cahit Bağçı Qanlı Yanvar hadisələri ilə bağlı Azərbaycan xalqına başsağlığı verdibackend

Cahit Bağçı Qanlı Yanvar hadisələri ilə bağlı Azərbaycan xalqına başsağlığı verdi

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Qanlı Yanvar hadisələrinin 32-ci ildönümü ilə əlaqədar başsağlığı verib.

Hokm.az xəbər verir ki, bununla bağlı o, özünün “Twitter” hesabından paylaşım edib.

“Bu gecə qərənfillərin ağladığı gecədir, bu gün günəşin doğmadığı gündür. 1990-cı il yanvarın 20-də Bakıda azadlıq, müstəqillik, istiqlaliyyət və suverenlik uğrunda şəhid olan əziz qardaş və bacılarımızı hörmət və rəhmətlə yad edirik. Ruhları şad, məkanları cənnət olsun. Unutmayacağıq!” – deyə diplomat başsağlığı ismarışında bildirib.

 

  •  (0)
  •  (0)