Cahangir Əsgərov işçilərin maaşını vermir – AZAL-a qarşı etirazlar başladıbackend

Cahangir Əsgərov işçilərin maaşını vermir – AZAL-a qarşı etirazlar başladı

“AZAL-ın işçiləri yazırlar ki, 2 aydır ki, maaşlarını ala bilmirlər. Baxmayaraq ki, AZAL pandemiya zamanı da bəhrələnənlərdən olub”.

Hokm.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Qubad İbadoğlu deyib.

Bildirib ki, Maliyyə Nazirliyi ötən ilin büdcəsindən AZAL-a pandemiyanın neqativ təsirlərini neytrallaşdırmaq üçün 86,9 milyon manat köçürüb:

“AZAL bazarda hökmran mövqeyini saxlayaraq İstanbula uçuşa artan tələbatdan sui-istifadə edərək, gediş gəliş biletini dəfələrlə bahalaşdırıb. AZAL pandemiyadan əvvəl səfər etmək istəyənlərin ödədiyi vəsaiti indiyə qədər geri qaytarmayıb. Bəlkə də Cahangir Əsgərov AZAL-ın işçilərinin əmək haqlarını qəsdən vermir ki, bu ilin büdcəsindən də maliyyə yardımı alsın”.

İqtisadçı hamını bu vəziyyətə etraz etməyə səsləyib: “Sizi aşağıdakı kampaniyaya qoşulmağa, bu postu maksimum paylaşmağa dəvət edirəm:

AZAL-ın monopoliyasına son! Həqiqi rəqabət mühiti üçün ölkəyə başqa aviaşirkətlərin buraxılması səlahiyyəti AZAL-dan alınsın! Rəqabətli mühit, ucuz biletlər istəyirik”. 

  •  (4)
  •  (2)