Çadda etnik qarşıdurma – Ölənlərin sayı 100-ə çatıbbackend

Çadda etnik qarşıdurma – Ölənlərin sayı 100-ə çatıb

Çadın cənubundakı etnik qruplar arasında qarşıdurma qurbanlarının sayı 100-ə çatıb.

Hokm.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Çad İnsan Hüquqlarının Müdafiəsi Konvensiyası” qeyri-hökumət təşkilatı məlumat verib.

Qeyd olunub ki, ötən həftə ərzində Çadın Salamat bölgəsindəki Sihep və Ambarit kəndlərində ərəblərlə Daqal və Kibetan etnik qrupları arasında toqquşmalar baş verib.

İnsan Hüquqları üzrə Milli Komissiya (CNDH) Çad hökumətini əhalini tərksilah etmək lazım olduğunu vurğulayaraq Salamatda fövqəladə vəziyyət elan etməyə çağırıb.

Salamat bölgəsinin rəhbəri general Yambaye Massira Abdel keçən həftə baş verən qarşıdurmalarda bir çox evin yandırıldığını bildirib.

Abdel şiddətə son qoymaq və günahkarları tutmaq üçün təhlükəsizlik qüvvələrinin əyalətə cəlb olunduğunu qeyd edib.

  •  (0)
  •  (0)