Buzlar əridi, 76 il əvvəl qəzaya uğrayan təyyarə üzə çıxdı – FOTObackend

Buzlar əridi, 76 il əvvəl qəzaya uğrayan təyyarə üzə çıxdı – FOTO

İkinci Dünya Müharibəsi dövründə İslandiyada qəzaya uğrayan B-17 tipli bombardmançı təyyarə 76 il sonra üzə çıxıb.

Hokm.az oxu.az-a istinadən xəbər verir ki, ABŞ-a məxsus təyyarənin üzə çıxmasına səbəb buzların əriməsi olub.

Dünyanın ən böyük probleminə çevrilən hava tempraturunun artması, karbon qazının çoxalması və buzlaqların əriməsi kimi iqlim dəyişikliyinin təsirləri davam edir.

İkinci Dünya Müharibəsi dövründə İslandiyada qəzaya uğrayan ABŞ-ın strateji B-17 tipli bombardmançısı 16 sentyabr, 1944-cü ildə 10 nəfər heyət üzvü ilə buzlaqda qəzaya uğramışdı.

Zamanla buzlaqların əriməsi təyyarənin qalıqlarının 76 il sonra üzə çıxmasına səbəb olub. Qalıqlar ərazini araşdıran alpinistlər tərəfindən aşkar edilib.

  •  (0)
  •  (0)