Bütün tibbi xidmətlər icbari tibbi sığortanın hesabına qarşılanacaq – Əmiraslanovbackend

Bütün tibbi xidmətlər icbari tibbi sığortanın hesabına qarşılanacaq – Əmiraslanov

“Gələcəkdə bütün ölkə əhalisinə göstərilən tibbi xidmətlər icbari tibbi sığortanın hesabına qarşılanacaq”.

Hokm.az xəbər verir ki, bunu Milli Məclisin iclasında “Hərbi Qulluqçuların Statusu haqqında” qanun layihəsinin müzakirəsi zamanı MM-in Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komit sədri bildirib ki, hazırda buna keçirilməyib deyə bu xidmətlər dövlət büdcəsi hesabına həyata keçirilir: “Bu gün Səhiyyə Nazirliyi tərəfindən dövlət büdcəsi hesabına 16 proqram həyata keçirilir. Gələcəkdə bu xidmətlərin də icbari tibbi sığorta hesabına edilməsi nəzərdə tutulur”.

  •  (0)
  •  (0)