Bütün Azərbaycanı qürurlandıran topçu Vüsaldan gələn qəfil zəng – VİDEObackend

Bütün Azərbaycanı qürurlandıran topçu Vüsaldan gələn qəfil zəng – VİDEO

Düşmənə atəş açdıqdan sonra mərdanə duruşu ilə hamının rəğbətini qazanaraq, yağıya göz dağı olmağı bacaran Vüsal Şahkərimov Azərbaycan döyüşçülərinin əsl gücünü nümayiş etdirdi.

Hokm.az XəzərTV-yə istinadən xəbər verir ki, bir ildən çoxdur hərbi xidmətdə olan əsgər Vüsal Şahkərimovun mərdliyini, qorxmazlığını ailəsi və komandirləri çox gözəl bilirlər.

Vüsalın atası İslam Şahkərimov deyir ki, yayılan videodan sonra çox sevinib. O, tam əmin olub ki, Vüsalın atdığı hər mərmi dəqiqliklə hədəfi məhv etməklə milyonlarla həmyerlimizin ürəyindən tikan çıxarır.

Qeyd edək ki, çəkiliş zamanı Vüsal Şahkərimovdan qəfil zəng gəlib.

Hazırda ön cəbhədə döyüşən Vüsal “Xəzər Xəbər” vasitəsilə “İnşallah, Şuşadan yığaram” deyərək ən böyük arzusunu dilə gətirib.

Sözügedən videonu təqdim edirik:

  •  (2)
  •  (0)