“Buta” Mükafatı qaliblərə təqdim olunacaqbackend

“Buta” Mükafatı qaliblərə təqdim olunacaq

Dekabrın 26-da “Buta” Milli Mükafatının təqdimat mərasimi baş tutacaq.

Mükafatın Təşkilat Komitəsindən Hokm.az-a verilən məlumata görə, qaliblər arasında dövlət məmurları, ictimai-siyasi xadimlər, mətbuat nümayəndələri, televiziya aparıcıları, həkimlər və sahibkarlar yer alıb. Onların adları isə geniş ictimaiyyətə tədbirin gedişi zamanı açıqlanacaq.

Tədbir yazılı və elektron KİV-lərdə geniş işıqlandırılacaq və qaliblərdən eksklüziv müsahibələr alınacaq. Mükafatlandırma mərasimində şou-biznes ulduzları, milli rəqqaslar və milli musiqi alətlərinin ifaçıları unudulmaz anlar yaşadacaq. Tədbirin səhnəsi isə “Buta” Milli motivləri əsasında dekorasiya olacaq.

Qeyd edək ki, “Buta” Milli Mükafatları layihəsinin təsisçisi və təşkilatçısı Novruz Məmmədov “Diamond Globe Awards” layihəsinin müəllifidir. Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda böyük uğurlara imza atan N.Novruzovun rəhbəri olduğu qurum təşkilatçılıq və sosioloji sorğular istiqaməti üzrə ixtisaslaşıb.

Hokm.az

 

  •  (1)
  •  (0)