“Bunu etsəniz, ölümlər, xəstəliklər daha az olacaq”backend

“Bunu etsəniz, ölümlər, xəstəliklər daha az olacaq”

COVID-lə mübarizədə yalnız mənəvi deyil, fiziki metodlar da kömək edir.

Hokm.az xəbər verir ki, bu barədə Dünya Möminlər Birliyinin rəhbəri Leonid Sevastyanov deyib. Sevastyanov qeyd edib ki, dua və orucdan əlavə, sağlam həyat tərzi sürmək lazımdır. Düzgün qidalanma hərəkətli olmaq, ekoloji təmiz həyata və təbiətə hörmətli münasibətdir.

“Həyatımızı Tanrıdan bir hədiyyə olaraq alırıq, amma buna hamımız dəyər vermirik və sonunda itiririk. Həyatın davamı da bir mükafatdır və bu da qazanılmalıdır. Həyata dəyər verdiyinizi hər şeydən əvvəl sağlamlığa münasibətinizlə göstərin. Bir şəxs özü həyatına, sağlamlığına və rifahına cavabdeh olmalıdır. Bu vəziyyətdə ölümlər, xəstəliklər daha az olacaq”, – Sevastyanov mövqeyini izah edib. publika.az

  •  (0)
  •  (0)