Buçada meyitxanalar dolub, meyitlər yük maşınlarında saxlanılır.
Hokm.az azxeber.com-a istinadən xəbər verir ki, Rusiyanın Ukraynaya hücumlarında böyük mülki itkilər verən Ukraynanın Buça şəhərindən şok görüntülər gəlməkdə davam edir.
Belə ki, Ukraynanın Buça şəhərində həyatını itirən mülki vətəndaşların cənazələri meyitxanada yer qalmadığı üçün xəstəxana bağçasında soyuducu anbarla yük maşınlarına daşınır.
Məlumata görə, şəhər daxilində evlərdə və küçələrdə tapılan cəsədlər qruplar tərəfindən şəxsiyyətinin müəyyən edilməsi üçün xəstəxana meyitxanasına gətirilir.