Bu yol bağlanır – DİQQƏTbackend

Bu yol bağlanır – DİQQƏT

Aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət yaxın saatlarda müvəqqəti olaraq qismən məhdudlaşdırılacaq. 

Hokm.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, məhdudlaşma bir hərəkət zolağı üzrə tətbiq edilir. Digər zolaqlar üzrə hərəkətdə hər-hansı məhdudiyyət olmayacaq. Buna baxmayaraq, ərazidə sıxlığın baş verməməsi üçün sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyyə olunur.

Məhdudlaşma təmir-bərpa işləri aparılan müddətdə qüvvədə olacaq.

Qeyd edək ki, sözügedən yol bu iln martında aparılan təmir-bərpa işlərindən sonra istifadəyə verilmişdi.

  •  (0)
  •  (0)