Bu xəstəxanaya yeni baş həkim təyin olundubackend

Bu xəstəxanaya yeni baş həkim təyin olundu

TƏBİB idarə heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanaya baş həkim vəzifəsinə Pərviz Nadir oğlu Hacıyev təyin edilib.

Bu barədə Hokm.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, Pərviz Nadir oğlu Hacıyev Ankara Universitetində 2001-2009-cu illərdə həkim, 2010-2015-ci illərdə uroloq, 2016-2019-cu illərdə uşaq uroloqu ixtisası üzrə təhsil alıb.

Eyni zamanda Danimarka, Praqa, Çexiya və Avstriyada Avropa Urologiya Təhsil Proqramını (EUSP) bitirmişdir. Özəl tibb müəssisəsində çalışıb.

  •  (0)
  •  (0)