Bu xəstəxanalar koronavirus xəstələri üçün ayrıldı – VİDEObackend

Bu xəstəxanalar koronavirus xəstələri üçün ayrıldı – VİDEO

Son statistik göstəricilərə əsasən ölkəmizdə yoluxma sayındakı artımla əlaqədar bəzi xəstəxanalar fəaliyyətini yenidən koronaviruslu xəstələrin müalicəsi ilə bağlı davam etdirir. Paytaxt və rayonlarda yerləşən ümumilikdə 20-dən çox xəstəxana COVID-19-la mübarizə tədbirlər çərçivəsində fəaliyyət göstərir.

Son günlər koronavirusa yoluxma hallarının artması ilə əlaqədar artıq bəzi xəstəxanalar yalnız koronavirus xəstələrini qəbul edir.

TƏBİB-dən verilən məlumata görə, paytaxtda 12, regionlarda isə 9 xəstəxana olmaqla ümumilikdə ölkə üzrə 21 xəstəxana -1 saylı Kliniki Şəhər Xəstəxanası, Yeni Klinika, Abşeron, Saray Modul tipli xəstəxanalar, Gəncə, Goranboy, Ağdaş, İmişli, Masallı RMX-lar və s. kimi xəstəxanalar COVID-19-la mübarizə tədbirlər çərçivəsində fəaliyyət göstərir.

Onlardan biri  “Semaşko” kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzdir. Artıq bir neçə gündür mərkəzə xəstə qəbulu dayandırılıb. Yalnız COVID-19-a qarşı test nümunələrinin cavabları pozitiv çıxan xəstələr mərkəzə yerləşdirilir.

Paytaxtla yanaşı regionlarda da bəzi xəstəxanalar fəaliyyətini artıq koronaviruslu xəstələrin müalicəsi ilə bağlı davam etdirir.

TƏBİB-dən bildirildi ki, ehtiyac yarandığı təqdirdə bu say 40-a qədər yüksələ bilər.

  •  (0)
  •  (0)