Bu xanım SOCAR-da yüksək vəzifəyə TƏYİN EDİLDİbackend

Bu xanım SOCAR-da yüksək vəzifəyə TƏYİN EDİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni təyin olunmuş Baş geoloqu Arzu Sahib qızı Cavadova şirkətin Baş ofisinin kollektivinə təqdim edilib.

Xəbər verilir ki , A.Cavadova 1996-cı ildən SOCAR-da çalışır.

O, 2013-cü ildə ölkə prezidentinin sərəncamına əsasən, “Tərəqqi” medalı ilə təltif olunub.

A.Cavadova Azərbaycan Neftçi Geoloqlar Cəmiyyətinin sədridir, geologiya-mineralogiya elmləri namizədi, 2 ixtira və 35 elmi əsərin müəllifidir.//bizim.media

  •  (1)
  •  (0)