Gender məsələləri üzrə ekspert Xalisə Şahverdiyeva “Kapital Bank”a pretenziya məktubu ünvanlayıb.
Hokm.az xəbər verir ki, buna səbəb bankın rəsmi “Facebook” səhifəsində paylaşılan reklam çarxı olub.
X.Şahverdiyeva “Sevinc gətirən Qırmızı Kart!” adlı həmin çarxı cinsi ayrı-seçkiliyi təşviq edən reklam hesab etdiyini bildirib.

Qeyd edək ki, reklam çarxı sosial şəbəkədə də müzakirəyə səbəb olub. İzləyicilər videoya çoxsaylı tənqidi şərhlər yazıblar.
Sözügedən reklam çarxını təqdim edirik:
Hokm.az saytı olaraq, məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Hokm.az
















