Bu vəziyyətdə vaksin vurdurmaq olmaz – İnfeksionist XƏBƏRDARLIQ ETDİbackend

Bu vəziyyətdə vaksin vurdurmaq olmaz – İnfeksionist XƏBƏRDARLIQ ETDİ

“Son zamanlar vətəndaşlar arasında COVİD əleyhinə aparılan vaksinasiyanın birinci dozasından sonra  yoluxma ehtimalının olması barədə narahat  edən suallar meydana gəlib”.

Bunu milli.az-a açıqlamasında həkim-infeksionisti Aygül Əliyeva deyib.

İnfeksionist bildirib ki, vaksinasiya olunan şəxslər hər zaman qorunma tədbirlərinə riayət etməlidirlər:

“COVİD əleyhinə aparılan vaksinasiyanın birinci dozasından sonra yoluxan insanlar düşünürlər ki, vaksinansiyanın nəticəsi olaraq koronavirusa yoluxublar. Bu, səhv düşüncədir. Qeyd etmək istəyirəm ki, vaksinasiyadan əvvəl hər hansı bir narahatlığı olan şəxslər şikayətləri keçənə qədər gözləməlidir. Olunan vaksin tam qorumasa da, yoluxan zaman xəstəliyi simptomsuz və ya daha yüngül keçirməyə səbəb olub, ağırlaşma və ölümün qarşısını alır.

Vaksinasiya olunan şəxslər elə birinci doz vaksindən sonra arxayın olurlar ki, vaksin olunublar deyə artıq qorunma tədbirlərinə ehtiyac yoxdur. İlk doz peyvəndən sonra 14-21 gün içində qoruyuculuq əmələ gəlir. Bu qoruyuculuğun təsirini və müddətini artırmaq üçün mütləq ikinci doz peyvənd olunmalıdır. Və vaksinasiya olunan şəxslər hər zaman qorunma tədbirlərinə riayət etməlidirlər”.

  •  (0)
  •  (0)