Bu tarixdə Şuşa turistləri tam qəbul edə bilər- Açıqlamabackend

Bu tarixdə Şuşa turistləri tam qəbul edə bilər- Açıqlama

2023-cü il Şuşa Türk dünyasına ev sahibliyi edəcək və güman edirəm ki məhz həmin il Şuşa turistləri qəbul etməyə tam hazır olacaq. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.
Hokm.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında məlumat verib.

”2023 Türk, 2024 İslam dünyasının paytaxtı elan edilməsi nəzərdə tutulub. Bu da üzərimizə məsuliyyətlər qoyur. Turistlərin Şuşaya gəlməsi üçün insfaktur tam təmin edilməlidir. Hazırda bununla bağlı işlər gedir. Əsas da mehmanxanalar, yolların bərpası ,elektrik ,su prosesləri icra olunur. Güman edək ki, Şuşa 2023-də Türk dünyasına ev sahibliyi edəcək. 2023-də Şuşa tam turistlərin qəbul edilməsinə hazır olacaq-deyə əlavə edib

  •  (0)
  •  (0)