Bu siniflərdə fevral ayının 15-dək dərslər BƏRPA EDİLƏ BİLƏR- RƏSMİbackend

Bu siniflərdə fevral ayının 15-dək dərslər BƏRPA EDİLƏ BİLƏR- RƏSMİ

“Bildiyiniz kimi artıq ibtidai siniflədə və məktəbədər hazırlıq qruplarında dərslər başlayıb. İnsanları narahat edən məsələlərdən biri növbəti mərhələdə hansı siniflər üzrə dərslərin bərpası, ali məktəblər və bağçalarda tədris prosesinin başlanılması məsələsidir. Əlbəttə ki, bu Nazirlər Kabineti yanında Operativ Qərarbahın səlahiyyətində və bilavasitə verəcəyi qərarla bağlı olan məsələdir. Biz ümid edirik ki, yoluxma sayında artım olmasa, proses nəzarət altında qalsa bu kimi məsələlərlə bağlı fevral ayının 15 -ə qədər qərarlar verilə bilər”

Bunu Sonxeber.az-a açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fəlsəfə doktoru İlqar Orucov deyib. O, bildirib ki, orta məktəb bazasında, yəni 9-cu sinifə qədər məktəblilər üçün dərslərin bərpa edilməsi planlaşdırılır. Bunun fevral ayının 15-dək olması gözlənilir. Verilən qərar isə vəziyyətdən asılı olacaq. Vəziyyət idarə olunan olsa, yoluxma sayında ciddi artım olmasa bu barədə qərar veriləcəkdir.

Ali məktələrlə qərarlara fevralın 15- dək baxılacaq. Qərarın qəbul olunması ilə bağlı isə hələki heç bir məlumat yoxdur.

  •  (0)
  •  (2)