Bu şəxslərin vaksin vurdurmaması məsləhətdir – TƏBİBbackend

Bu şəxslərin vaksin vurdurmaması məsləhətdir – TƏBİB

TƏBİB koronavirus vaksinini vurdurmaq üçün əks göstərişləri açıqlayıb.

Hokm.az APA-ya istinadən bildirir ki, TƏBİB-in rəsmi “Facebook” səhifəsində qeyd edilib ki, vaksindən sonra mümkün ola biləcək – baş ağrısı, əzələ ağrısı, qızdırma kimi əlamətlər əks-təsir deyil, əksinə gözlənilən nəticədir və bədənin vaksinə müsbət reaksiya verməsinin göstəricisidir.

Vaksin istehsal edən şirkət tərəfindən yalnız vaksin elementinə qarşı yüksək həssaslığı, vaksin vurulan zaman yüksək bədən hərarəti və ya xroniki xəstəliyinin kəskinləşmə mərhələsində olan insanlara vurulması tövsiyə edilmir.

  •  (0)
  •  (0)